Maska məxsus SpaceX Delaverdən Texasa köçdü - The Guardian
Amerikalı sahibkar İlon Mask öz şirkəti SpaceX-i Delaverdən Texasa köçürüb.
Valyuta.az xəbər verir ki, bu barədə The Guardian Maskın özünə istinadən yazır.
“SpaceX korporasiya öz qeydiyyatını Delaverdən Texasa köçürdü! Əgər şirkətiniz hələ də Delaverdə qeydiyyatdadırsa, mən mümkün qədər tez başqa ştata köçməyi məsləhət görürəm”, - deyə biznesmen bildirib.
Fevralın 1-də Delaver məhkəməsi 2018-ci ildə şirkətin sahibi və rəhbəri İlon Maska təşkilata rəhbərlik etdiyinə görə bonus olaraq 55,8 milyard dollar ödəməyə razı olan Tesla-nın direktorlar şurasının qərarını ləğv etmək qərarına gəlib.
Daha sonra Mask məhkəmənin qərarına X sosial şəbəkəsində oxucuları Delaver ştatında şirkətlərini qeydiyyatdan keçirməmək barədə xəbərdar etdiyi bir yazıyla cavab verib. O, həmçinin Tesla-nın qeydiyyat yerinin dəyişdirilməsi ilə bağlı səhmdarların səsverməsini təcili keçirəcəyini bildirib.
Qeyd olunur ki, Maskın Neuralink beyin çipinin implantasiyası şirkəti artıq qeydiyyat yerini Delaverdən Nevadaya dəyişib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay