Ruslar Finlandiyada mənzillərini satır - 5 ada birdən satışa çıxarıldı
Ruslar Finlandiyada kütləvi şəkildə mənzil satırlar.
Valyuta.az xəbər verir ki, bu barədə fontanka.ru yazıb.
Nəşrin məlumatına görə, populyar elanlar saytında satış üçün təklif olunan ən ucuz variant İmatrada 700 min rubla 31 kvadratmetr sahəsi olan bir otaqlı mənzildir. 52 kvadratmetr sahəsi olan iki otaqlı mənzil 775 min rubla təklif edilir. Sahəsi 84 kvadratmetr olan bir ev üçün 1,5 milyon rubl istəyirlər. Ev 12 sot torpaq sahəsində sərhəddən 15 dəqiqəlik məsafədə yerləşir və çimərlik evdən 300 metr məsafədədir.
"Siz rublla ödəyə bilərsiniz, uzaqdan alış mümkündür", deyə elanda qeyd edilir.
Bildirilir ki, satışda hətta bütöv arxipelaqlar var. Məsələn, bir rus Saimaa gölündəki beş adanı 1 milyon avro dəyərində qiymətləndirib.
Bundan əvvəl “Kommersant” qəzeti rusların 2023-cü ildə Phuketdəki bütün mənzillərin 1/4-ni və villaların yarısını aldığını yazmışdı.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay