Yaponiya yeni kəskin ucuzlaşdı, nazir müavini açıqlama verdi
Yapon yeninin kəskin zəifləməsi Yaponiya iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb olur.
Valyuta.az xəbər verir ki, bunu ölkənin maliyyə nazirinin müavini Masato Kanda valyuta bazarındakı vəziyyəti şərh edərkən deyib.
"Bu, iqtisadiyyata mənfi təsir göstərir", - Kyodo agentliyi onun sözlərindən sitat gətirib.
Son 24 saat ərzində yenin ABŞ dollarına nisbətdə məzənnəsi 0,93% zəifləyərək 1 dollar üçün 150,65-150,67 yenə çataraq, son üç ayda ilk dəfə olaraq psixoloji əhəmiyyətli 150 həddini keçib. Maliyyə nazirinin müavini vurğulayıb ki, “bu, olduqca kəskin enişdir”.
Yenin zəifləməsi diqqətini xarici bazarlara yönəldən və xarici valyutada gəlir əldə edən bir çox böyük yapon korporasiyaları üçün faydalıdır. Bununla belə, yenin düşməsi enerji də daxil olmaqla idxal xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay