BVF rəhbəri: “Bu il Kiyevə 42 milyard dollar xarici maliyyə lazımdır”
Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, Ukrayna bu il 42 milyard dollar xarici maliyyəyə ehtiyac duyur.
Valyuta.az xəbər verir ki, bu barədə Amerikanın CNBC telekanalı məlumat yayıb.
Georgiyevanın sözlərinə görə, Kiyev özünün “çox ağıllı daxili hərəkətləri” ilə beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb. Beləliklə, Ukrayna hakimiyyəti ümumi daxili məhsulun (ÜDM) 36%-i üçün vergi toplayıb. Georgiyeva vurğulayıb ki, sülh dövründə belə bir çox ölkə belə nəticələr əldə edə bilməz.
BVF rəhbəri qeyd edib ki, Ukrayna inflyasiyanı 27%-dən 5%-ə endirməyə, habelə hazırda 4,5%-ə çatan iqtisadi artım perspektivlərini bərpa etməyə nail olub.
Daha əvvəl bildirilmişdi ki, Beynəlxalq Valyuta Fondu (BVF) 15,6 milyard dollar dəyərində dörd illik kredit proqramı çərçivəsində fevralın 17-dən Ukraynanın maliyyələşdirmə proqramının üçüncü baxışına başlayacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay