Rusiya Aİ-dən xahiş etdi: Niderlanddan gələn qızılgüllərə nəzarəti gücləndirin
Rosselxoznadzor Avropa İttifaqı ölkələrinin səlahiyyətli orqanlarından Rusiya Federasiyasına Ekvador və Niderlanddan gətirilən qızılgüllərə bu güllərin tədarükü zamanı fitosanitar tələblərin çoxsaylı pozuntularına görə nəzarəti gücləndirməyi xahiş edib.
Valyuta.az xəbər verir ki, bu barədə departament məlumat yayıb.
Departamentdən bildiriblər ki, Rosselxoznadzor bayramqabağı mövsümi yaz gəlişi ərəfəsində çirklənmiş çiçəklərlə karantin obyektlərinin ölkəyə daxil olması və yayılmasının qarşısını almaq üçün Aİ ölkələrinin səlahiyyətli orqanlarına müraciət edib.
İdarədən verilən məlumata görə, bu ilin ilk aylarında Avropa ölkələrinin dövlət idarələri tərəfindən sertifikatlaşdırılmış Ekvador və Niderland qızılgüllərində karantin obyektlərinin aşkarlanması sistematik xarakter alıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay