ABŞ-ın büdcə kəsiri azaldı
ABŞ-ın 2024-cü ilin yanvarında büdcə kəsiri dekabrdakı 129 milyard dollardan 21,93 milyard dollara qədər azalıb.
Valyuta.az "Kommersant"a istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin hesabatında deyilir.
Yanvarda ölkənin dövlət xərcləri illik ifadədə 2,7% artaraq 499,25 milyard dollar təşkil edib. Yanvarda ən çox sosial təminata xərclənib - 121 milyard dollar. Müdafiəyə 60 milyard dollar ayrılıb.
Fevralın 8-də BKF bankının analitik şöbəsinin rəhbəri Maksim Osadçiy bildirib ki, ABŞ borc spiralından çıxmaq üçün “kəmərlərini sıxmalıdır”.
Fevralın 3-də The New York Times yazıb ki, ABŞ iqtisadiyyatı “şans və ağlın birləşməsi” sayəsində Avropa ölkələrindən daha sürətlə böyüyür.
Bloomberg daha əvvəl bildirmişdi ki, ABŞ tezliklə 34 trilyon dollarlıq milli borcunun faiz ödənişlərinə milli müdafiədən daha çox xərcləməli olacaq.
Bundan əvvəl ABŞ-ın dövlət borcunu restrukturizasiya edə biləcəyi barədə məlumat verilmişdi.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay