ABŞ-ın bu qərarı Rusiyaya pul qazandıra bilər
Rusiya Federasiyası ABŞ prezidenti Co Bayden tərəfindən tətbiq edilən Amerika mayeləşdirilmiş təbii qazının (LNG) ixracına qoyulan qadağadan pul qazana bilər.
Valyuta.az xəbər verir ki, bu barədə Hrot24-ün köşə yazarı Frantişek Novak yazıb.
Onun sözlərinə görə, Rusiya artıq LNG ilə bağlı bir sıra layihələr hazırlayıb. Jurnalist qeyd edib ki, söhbət, xüsusilə, gələn il üçün nəzərdə tutulan Murmanskda böyük terminalın tikintisindən gedir.
O hesab edir ki, Amerika liderinin “rusiyapərəst” qərarı Ağ Evin “solçu” seçiciləri razı salmaq istəyi ilə bağlıdır: bir qədər əvvəl ABŞ ölkədən Avropaya mayeləşdirilmiş təbii qazın ixracının ətraf mühitə kömür yandırmaqdan daha zərərli olduğu ortaya çıxan hesabat dərc edib.
Bundan əvvəl Avropa Komissiyası bildirib ki, ABŞ-dan yeni LNG tədarükünün təsdiqində fasilə qısa və ortamüddətli perspektivdə Aİ-yə tədarüklərə təsir etməyəcək.
Yanvar ayında Bayden administrasiyası mayeləşdirilmiş təbii qaz istehsalının iqlim və milli təhlükəsizliyə təsirlərini öyrənmək üçün LNG ixrac icazələrinə moratorium qoyub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay