Rusiya banklarının xarici hesablarında yuanın həcmi ən aşağı səviyyəyə düşdü
Rusiya banklarının xaricdəki müxbir hesablarında yuanın həcmi 2022-ci ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşüb və 6,8 milyard dollar təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə RBC Mərkəzi Bankın məlumatlarına istinadən yazır.
2023-cü ilin dekabrında yuan nostro hesablarında valyuta 25,7% və ya 2,3 milyard dollar azalıb. Bu, bankların Rusiya daxilində yuanla kreditlərin verilməsini intensivləşdirməsi fonunda baş verib.
Qazprombankın idarəedici direktoru Yeqor Susinin sözlərinə görə, dekabr ayında banklar kreditlərin bir hissəsini “toksik” valyutalardan yuana köçürüb və qismən Çin valyutasında yeni kreditlər veriblər.
“Aydındır ki, banklar passiv tərəfdə kifayət qədər yuan cəlb edə bilmir və müxbir hesablarında saxladıqları likvidlik ehtiyatını borc vermək üçün istifadə etməyə məcbur olurlar”, - ekspert qeyd edib.
“Ekspert RA” reytinq agentliyinin idarəedici direktoru Yuri Belikovun sözlərinə görə, qalıqların azalması ikinci dərəcəli sanksiyalar riskləri səbəbindən xarici kontragent bankların siyasətinin sərtləşdirilməsi ilə bağlı ola bilər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay