Dünya
10.02.2024 / 22:52
Bezos üç ildə ilk dəfə Amazon səhmlərinin bir hissəsini satdı
42073
"Amazon"un qurucusu Ceff Bezos bu həftə son 3 ildə ilk dəfə şirkətin səhmlərinin bir hissəsini satıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Çərşənbə və cümə axşamı "Amazon" səhmlərinin ümumi həcmi 12 milyon dollar təşkil edib. Əməliyyatların ümumi dəyəri 2 milyard dollardan bir qədər çox olub.
Bezos keçən ilin noyabrında qeyri-kommersiya təşkilatlarına bağışlanan təxminən 230 milyon dollarlıq səhm də daxil olmaqla, şirkətdəki səhmlərini böyük ölçüdə təhvil verib.
Bloomberg Milyarderlər İndeksinə əsasən, Bezosun sərvəti bu il 22,6 milyard dollar artaraq 199,5 milyard dollar olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay