Rusiya alternativ SWIFT yaratmaq istəyir
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, alternativ SWIFT ödəniş və hesablaşma infrastrukturunun yaradılması imkanları öyrənilir.
Valyuta.az xəbət verir ki, bu barədə "RİA Novosti" yazıb.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Avropa İttifaqı ölkələri "Ukrayna layihəsi"ni istəmir.
"Avropa Mərkəzi Bankı daha əvvəl açıq şəkildə bildirib ki, bu cür addımlar Aİ iqtisadiyyatı üçün uzunmüddətli mənfi nəticələrə gətirib çıxara və avronun beynəlxalq rolunu sarsıda bilər", deyə Rusiya XİN bildirib.
Bununla yanaşı, qlobal Cənub ölkələri artıq özləri üçün nəticə çıxarıblar. Nazirlik qeyd edib ki, onlar Qərb valyutalarının xarici iqtisadi müqavilələrdə payını ardıcıl olaraq azaldırlar.
XİN qeyd edir ki, hazırda alternativ SWIFT ödəniş və hesablaşma infrastrukturunun yaradılması imkanları öyrənilir.
Bundan əvvəl Rusiya Mərkəzi Bankı bir çox ölkələrin SWIFT-ə alternativlər üzərində düşündüyünü, çünki qurulmuş beynəlxalq ödənişlər sistemi riskli olduğunu bildirmişdi. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina qeyd edib ki, iqtisadi, ticarət və investisiya əlaqələrinin inkişafında maraqlı olan biznes subyektləri riskli hala çevrilmiş beynəlxalq ödənişlər sisteminə aktiv şəkildə alternativ axtarır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay