Ukrayna yeni maliyyə planı hazırlayır: ABŞ-ın yardımı dayansa...
Kiyev ABŞ-ın Ukraynaya yardımını dayandıracağı təqdirdə BVF-dən maliyyə dəstəyini saxlamağa imkan verəcək maliyyə planı hazırlayır.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" materialında deyilir.
Agentliyin məlumatına görə, Ukrayna rəsmiləri bu planı BVF-nin əməkdaşlarının gələn həftə Kiyevə səfəri zamanı ona təklif etmək niyyətindədirlər.
Anonim mənbələrin bildirdiyinə görə, plana Ukraynanın kredit qabiliyyətinə dair zəmanətlər daxildir ki, bu da ABŞ-ın yardımı blokada qalacağı təqdirdə Kiyevə 15,6 milyard dollar kreditin verilməsi üçün şərtdir.
Qeyd olunur ki, fondun Ukraynadakı missiyasının rəhbəri Qevin Qreyin rəhbərlik etdiyi BVF əməkdaşları fevralın 12-də Kiyevə səfər edəcək.
Bundan əvvəl BVF Ukraynanın 2024-cü ildə 42 milyard dollar maliyyə yardımına ehtiyac duyacağını, təxminən 32 milyard dolların isə donor ölkələrdən gələcəyini hesablamışdı.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay