Rublun məzənnəsi Putinin Karlsona verdiyi müsahibəyə ani reaksiya verdi
Moskva birjasının məlumatlarına görə, cümə günü valyuta ticarətinin açılışında rublun məzənnəsi artım göstərib. Dəyişikliyə amerikalı jurnalist Taker Karlsonun Rusiya prezidenti Vladimir Putinlə fevralın 9-da səhər saatlarında dərc olunmuş müsahibəsi səbəb olub.
Valyuta.az xəbər verir ki, dolların məzənnəsi dərhal 90,54 rubla (-0,39%), avro isə 97,36 rubla (-0,56%) düşüb.
Lakin ticarət zamanı Rusiya valyutası mülayim eniş göstərməyə başlayıb. Moskva vaxtı ilə saat 9:35-də dollar 91,04 rubl (+0,22%), avro isə 98,2 rubl (-0,06%) olub.
Putinin X sosial şəbəkəsində Karlsonla müsahibəsinin baxış sayı artıq 50 milyonu keçib. Söhbət 2 saat 7 dəqiqə 18 saniyə davam edib. Rus dilində tam mətn Kremlin saytında dərc olunub.
Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin bu jurnalistə müsahibə verməyə razılaşıb, çünki onun mövqeyi digərlərindən fərqlidir - bu, “Rusiyapərəst deyil, Ukraynapərəst deyil, daha çox amerikapərəstdir”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay