Rusiya ilə Türkiyə ödəniş köçürmələrində yaranmış problemi həll edə bilmir
Rusiya ilə Türkiyə arasında ödəniş köçürmələri ilə bağlı problem hələ də qalmaqdadır və vəziyyət türk ixracatçılarının biznesinə mənfi təsir göstərir.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti-yə anonimlik şərti ilə Ankaradakı bank sektorundakı mənbə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Rusiya Federasiyası və Türkiyənin müvafiq idarələri arasında danışıqlar davam edir.
Mənbə onu da qeyd edib ki, Türkiyə “qlobal maliyyə sistemində ABŞ və Böyük Britaniyanın hökmranlığı” kontekstində Rusiya ilə ticarət apararkən risklərin olduğunu bilir və mövcud problem Amerika sanksiyalarından qaynaqlanır.
Eyni zamanda Türkiyə tərəfi anlayır ki, yaranmış vəziyyət Rusiya-Türkiyə ticarət əlaqələrinə ciddi ziyan vura bilər.
Fevralın əvvəlində Türkiyə bankları Rusiya hüquqi şəxslərinin hesablarını bağlamağa başlayıb və Rusiyadan kart almaq niyyətində olan fiziki şəxslərə qarşı tələbləri artırıb.
Daha sonra “Ekonomi” qəzetinin yazdığına görə, Türkiyə Ticarət Nazirliyi Rusiyadan ödənişlərdə problem yaşayan şirkətlərin siyahısını tərtib edib. Türk ixracatçıları bankların malların ödənişi üçün Rusiyadan pul köçürmələrini qəbul etməkdən imtina etməyə başlaması ilə üzləşiblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay