ABŞ Rusiyadan qeyri-sənaye almazlarının idxalını qadağan edəcək
ABŞ hakimiyyəti Rusiyadan ölkəyə bir sıra qeyri-sənaye almazlarının idxalını qadağan edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.
ABŞ Maliyyə Nazirliyinin press-relizinə görə, məhdudiyyətlər “2024-cü il martın 1-dən çəkisi 1 karat və ya daha çox olan qeyri-sənaye almazlarına” və “2024-cü il sentyabrın 1-dən 0,5 karat və ya daha çox çəkisi olan qeyri-sənaye almazlarına” tətbiq ediləcək.
Sənəddə aydınlıq gətirilir ki, Amerika tərəfinin əvvəllər tətbiq etdiyi məhdudiyyətlər, belə almazların Rusiya Federasiyasından kənarda digər məhsullara əhəmiyyətli dərəcədə emal edilib-edilməməsindən asılı olmayaraq, bu kateqoriyalı almazlara şamil ediləcək.
1 yanvar 2024-cü il tarixində G7 ölkələri (ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya) tərəfindən Rusiya Federasiyasından Avropa İttifaqı ölkələrinə qeyri-sənaye təbii almaz, süni almaz və tərkibində brilyant olan zərgərlik məmulatlarının idxalına qadağa qoyulub.
Bu ilin sentyabrın 1-dən Aİ ölkələri həmçinin üçüncü ölkələrdə emal olunmuş sintetik brilyantların, çəkisi 0,5 karat və ya daha çox olan rus almazlarından istifadə edilməklə üçüncü ölkələrdə hazırlanmış zərgərlik məmulatlarının və qol/cib saatlarının idxalını dayandıracaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay