İraq \"Qazprom\"u 4 milyardlıq yatağın işlənməsinə çağırdı
İraq hökuməti Rusiyanın "Qazprom" şirkətini ölkənin cənubundakı Nasiriyyə neft yatağının işlənməsində iştirak etməyə dəvət etmək qərarına gəlib.
Valyuta.az xəbər verir ki, TASS bu barədə İraq hökumətinə istinadən məlumat yayıb.
Müvafiq qərar İraqın baş nazirinin "Telegram" kanalında dərc olunub. Sənəddə qeyd edilir ki, bu qərar mövcud qaydalardan istisna kimi qəbul edilib.
Nəsiriyyə yatağı Ziqar əyalətində yerləşir. Onun işlənməsinə 2009-cu ildə başlanılıb, neft ehtiyatları 4 milyard barel səviyyəsində qiymətləndirilir. İstehsalla yanaşı, neft emalı zavodunun tikintisi də nəzərdə tutulur.
Hazırda "Qazprom Neft" İraqın şərqindəki Bədra yatağının işlənməsi layihəsinin operatorudur. Əvvəllər tərəflər bu sahədə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Rusiya şirkəti ilə müqavilələrin icrasına görə məsuliyyət İraqın Neft Nazirliyinin üzərinə düşür.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay