Dünya
06.02.2024 / 21:35
İnvestorlar kütləvi şəkildə Çindən ABŞ-a qaçır
41801
İnvestorlar Çindən kütləvi şəkildə vəsait çıxarmağa və onları Amerika şirkətlərinin səhmlərinə yönəltməyə başlayıblar.
Valyuta.az xəbər verir ki, ilin əvvəlindən Çin və Honq-Konq birjaları 1,7 trilyon dollar itirib.
Fevralın 2-nə ABŞ şirkətlərinin qiymətli kağızlarının ümumi dəyəri 51 trilyon dollar təşkil edib. Bu, planetin birjasında kapitalın 48,1%-ni təşkil edir və 2003-cü ildən bəri ən yüksək göstəricidir.
Üstəlik, dünyanın ən yüksək kapitallaşmaya malik ilk 500 şirkətində 236 yeri Amerika korporasiyaları tutur. Apple 2023-cü ilin sonunda dünyanın ən bahalı brendi olub. İlk üçlüyə Microsoft və Google da daxil olub. Bu siyahıda 35 şirkət Çinin payına düşür. Rusiya korporasiyaları siyahıya daxil edilməyib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay