Rusiyada VPN xidmətləri martın 1-də bloklana bilər
2024-cü il martın 1-dən Rusiyada VPN xidmətləri bloklana bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" nəşri Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın fevralın 5-də Yekaterinburqda 1 nömrəli məktəbin şagirdləri ilə görüşündə dediyi sözlərə istinadən məlumat yayıb.
Görüş zamanı məktəblilərdən biri Mizulinadan mart ayında Rusiyada VPN xidmətlərinin bloklana biləcəyinin doğru olub-olmadığını soruşub. Təhlükəsiz İnternet Liqasının rəhbəri "Bəli, yəqin ki, doğrudur" deyə cavab verib.
"Proksi anonimatorları və VPN xidmətləri tamamilə bloklana bilməz. Hər birimiz evdə öz proksimizi yarada bilərik. Elmi olan insan üçün bunda çətin bir şey yoxdur", deyə o əlavə edib.
Mizulinanın sözlərinə görə, VPN-dən istifadə etməklə əldə edilən şəxsi məlumatlar bu cür xidmətlərin operatorları tərəfindən oğurlana və fırıldaqçılara ötürülə bilər. Buna görə də dövlət ölkədə VPN-ləri bloklamaq qərarına gəlib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay