Dünya
05.02.2024 / 09:16
Türkiyə Ukrayna taxılının ixracı üçün yeni mexanizm hazırlayır
41706
Türkiyə hökuməti Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yeni mexanizm hazırlayır. Yeni sxem Rusiya ilə müzakirə ediləcək.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə gözlənilən səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının yeni mexanizmini müzakirə edəcək.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, bəzi gəmilər hətta müqavilə bağlamadan da Ukrayna taxılını Qara dənizdən çıxara biliblər.
“Biz bu vəziyyəti yeni mexanizm vasitəsilə de-fakto aydınlaşdırmaq istəyirik”, o, əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay