Türkiyə Mərkəzi Bankının yeni sədrindən ilk açıqlama - MƏZƏNNƏ KƏSKİN REAKSİYA VERMƏDİ
"Mərkəzi Bankımızın əsas məqsədi və prioriteti qiymət sabitliyini təmin etməkdir. Bu baxımdan güclü komandamızla dezinflyasiyanı təmin etmək üçün səylərimizi davam etdiririk. İnflyasiya hədəfimizə uyğun səviyyələrə enənə qədər lazımi sərt pul siyasətini qoruyub saxlamaq əzmindəyik. Biz inflyasiyanı yaxından izləyirik. Biz inflyasiya proqnozunda istənilən dəyişikliyi izləyirik. Biz inflyasiya proqnozunun pisləşməsinə qətiyyən imkan verməyəcəyik".
Karahan, bu ilin ilk İnflyasiya Hesabatını təqdim etmək üçün fevralın 8-də saat 10.30-da TCMB İdarə Mərkəzində məlumatlandırma toplantısı keçirəcək.
Xəbər verdiyimiz kimi, Hafize Gaye Erkanın vəzifəsindən azad edilməsi ilə bağlı müraciətindən sonra, 3 fevral 2024-cü tarixində Fatih Karahan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına (TCMB) yeni sədr təyin olunub.
Qeyd edək ki, ABŞ dolları/Türk Lirəsi məzənnəsi TCMB sədrinin dəyişməsinə kəskin reaksiya verməyib. Bakı vaxtı ilə saat 08:00-da Dollar/TL məzənnəsi 0,09% artımla 30,51 lirə səviyyəsində olub.
© Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay