Dünya
04.02.2024 / 13:29
"Qazprom" Ukrayna ərazisindən nəql olunan qazın həcmini açıqladı
41692
"Qazprom" Ukraynadakı Sudja qazölçmə stansiyasından (GIS) 42 milyon kubmetr qaz nəql edir.
Valyuta.az xəbər verir ki, "RİA Novosti" bu barədə Rusiya şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanova istinadən məlumat yayıb.
"Qazprom" Rusiya qazını Ukrayna ərazisindən tranzit üçün Sudja GIS vasitəsilə Ukrayna tərəfinin təsdiq etdiyi həcmdə - fevralın 4-nə olan 42 milyon kubmetr həcmində tədarük edir", deyə Kupriyanov izah edib.
O, əlavə edib ki, Soxranovka GIS üçün müraciət rədd edilib.
Bundan əvvəl "Qazprom" yanvarın 21-də Rusiya qazını 40,5 milyon kubmetr həcmində Ukraynadan keçməklə Avropaya nəql edəcəyini bildirmişdi. Təchizat Sudja qaz ölçmə stansiyasından keçir. Yanvarın 20-də tranzit həcmi 42,2 milyon kubmetr təşkil edib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay