“Amazon”un baş iqtisadçısı: Türkiyə Mərkəzi Bankının yeni sədri kimdir?
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın sədri Hafizə Qaye Erkanın istefasından sonra onun keçmiş müavini Fatih Karahanı banka rəhbər təyin edib.
Publika.az xəbər verir ki, Fatih Karahan 1982-ci ildə Eskişehirdə anadan olub. 2006-cı ildə Boğaziçi Universitetinin Riyaziyyat və Sənaye Mühəndisliyi fakültəsini bitirib. 2012-ci ildə Pensilvaniya Universitetində iqtisadiyyat üzrə doktorluq dissertasiyasını müdafiə edib.
2012-ci ildə o, Nyu-York Federal Ehtiyat Bankında iqtisadçı kimi peşəkar karyerasına başlamış və 2022-ci ilə qədər yuxarıda adı çəkilən qurumda əmək və əmtəə bazarı araşdırmalarının rəhbəri və pul siyasəti üzrə məsləhətçi vəzifələrində çalışmışdır.
Karahan həmçinin Kolumbiya Universitetində və Nyu York Universitetində müəllim kimi çalışıb və 2022-ci ildə “Amazon”da baş iqtisadçı olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay