“Amazon” şirkəti ötən il 574 milyard gəlir əldə edib
2023-cü ildə “Amazon”un gəliri 574,8 milyard dollar olsa da, xalis mənfəəti 30,4 milyard dollar olub.
Valyuta.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın e-ticarət nəhəngi “Amazon”da keçən ilin oktyabr-dekabr dövrü üçün balans hesabatını dərc edib. Buna görə “Amazon”un 2023-cü ilin son rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 14 faiz artaraq 170 milyard dollara çatıb. Bazar gözləntiləri şirkətin 166 milyard dollar gəlir əldə etməsi idi. Şirkətin xalis satışları 2022-ci ilin son rübündə 149,2 milyard dollar olaraq qeydə alınıb. Ötən ilin son rübündə “Amazon”un xalis mənfəəti 10,6 milyard dollara yüksəlib. Əvvəlki ilin eyni dövründə isə 278 milyon dollar mənfəət əldə etmişdi.
Elektron ticarət nəhənginin səhm başına xalis mənfəəti 2023-cü ilin son rübündə 1 dollar olaraq hesablanıb. Şirkət əvvəlki ilin eyni dövründə səhm başına 3 sent mənfəət əldə etdiyini bildirib.
“Amazon” bu ilin ilk rübündə 138 ilə 143,5 milyard dollar arasında gəlir gözlədiyini açıqlayıb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay