Yanvarda Avropaya LNG daxilolmaları son üç ayın ən aşağı səviyyəsinə düşüb
Avropanın Qaz İnfrastrukturunun (GIE) məlumatları göstərir ki, yanvar ayında Avropa terminallarından Aİ qaz ötürmə sisteminə mayeləşdirilmiş təbii qazın (LNG) axınları 2023-cü ilin oktyabr ayından bəri ən aşağı həddə çatıb.
Valyuta.az xəbər verir ki, yanvar ayında terminallardan Avropa qaz nəqli sisteminə LNG daxilolmaları əhəmiyyətli dərəcədə azalıb. Ötən ayın sonunda onlar 10,65 milyard kubmetr təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 6%, keçən illə müqayisədə isə 6% azdır. Bu rəqəm 2023-cü ilin oktyabrından bəri ən aşağı göstəricidir.
Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin 28 yanvar tarixinə olan məlumatına görə, 2024-cü ildə yeraltı qaz anbarlarından hasilat Avropa qaz mənbələri arasında payına görə birinci yerdədir - 41%. İkinci yerdə 23 faizlik payla LNG, üçüncü yerdə 19 faizlə Şimal dənizindən (əsasən Norveç qazı) tədarüklər gəlir.
Şərqdən tədarük edilən qazın payı (Rusiya qazı, Ukraynadan qaz tədarükü, eləcə də öz qazını Ukraynanın yeraltı qaz anbarlarından götürən Avropa şirkətləri) 7,2% təşkil edib. Bu, Böyük Britaniya (2%) və Şimali Afrikadan (6%) tədarük ediləndən çoxdur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay