Raiffeisen Bank yaxın gələcəkdə Rusiya aktivlərini satmağı planlaşdırmır
Raiffeisen Bank International (RBI) 2024-cü ilin birinci rübündə Rusiya biznesini satmağı planlaşdırmadığını bildirib.
Valyuta.az xəbər verir ki, bu barədə bankın mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl bir sıra "Telegram" kanallarında bankın ana strukturu olan Raiffeisen Bank Internationalın (RBI) yaxın gələcəkdə Avropa tənzimləyicilərindən Rusiya Federasiyasında aktivlərin satışı ilə bağlı əməliyyat üçün icazə alacağına dair məlumatlar yayılmışdı.
Raiffeisen Bankın mətbuat xidməti bu məlumatı etibarsız adlandırıb.
“Söhbət Strabag səhmləri ilə əməliyyat üçün razılığın alınmasından gedir. Raiffeisen tam çeşidli xidmətlər göstərməyə və müştərilər qarşısında bütün öhdəliklərini yerinə yetirməyə davam edir”, deyə bankdan bildirilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay