Dünya
18.12.2023 / 14:29
4 milyardlıq COVID-19 vaksini məhv edilib
38860
Avropa İttifaqı (Aİ) ölkələri 4 milyard avro dəyərində olan ən azı 215 milyon doza COVID-19 əleyhinə vaksini ehtiyac duyulmadığı üçün məhv edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Bildirilib ki, pandemiyanın geniş yayıldığı 2021-ci ildə əhəmiyyətli sayda ehtiyac duyulmayan vaksinlər alınıb. Həmin dövrdə Brüssel ABŞ-nin “Pfizer” şirkəti və Almaniyanın “BioNTech” şirkəti ilə 1,1 milyard dozanın tədarükü üçün böyük müqavilələr imzalayıb.
“Politico” qeyd edib ki, tələbin azalması və logistika problemləri səbəbindən ehtiyac duyulmayan peyvənd dozalarını üçüncü ölkələrə göndərmək cəhdləri problemli olub.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay