Dünya
15.12.2023 / 18:10
Rusiya neft ixrac rüsumunu sıfırlayır
38777
Rusiyada 2024-cü ildə neftin ixrac rüsumu 24,7 dollar azaldılacaq və bununla da sıfıra endiriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Maliyyə Nazirliyinin saytında məlumat verilib.
"2024-cü il yanvarın 1-dən Rusiya Federasiyasında neftin ixrac rüsumu 24,7 dollar azalaraq, bir ton üçün 0,0 dollar təşkil edəcək”, deyə məlumatda bildirilir.
Dekabrın 12-də hökumətə ixrac rüsumlarını müvəqqəti azaltmağa icazə verilib. Müvafiq qanunlara dəyişikliklər edilib. Baş nazir Mixail Mişustin aydınlaşdırıb ki, bu, dost ölkələrə taxıl, gübrə və digər malların ixracını stimullaşdıracaq.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay