Avstriya Rusiya qazının alışını ikiqat artırıb
Avstriyanın OMV dövlət şirkətinin məlumatına görə, 2023-cü ilin üçüncü rübündə ölkə Rusiyadan ayda orta hesabla 55,8 milyon kubmetr qaz idxal edib.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, bu, Ukraynadan Avropa İttfaqına yanacaq tranzitinin həcminin yarısından çoxdur. Çatdırılmalar sayəsində Avstriya anbarlarının doluluğu 97%-ə çatıb. Eyni zamanda, Avstriya "Qazprom" ilə 2040-cı ilə qədər uzunmüddətli müqavilə əsasında Rusiya qazını almağa davam edir.
Bununla belə, Brüssel Rusiya yanacağının çoxluğundan narazılığını bildirir. "Bloomberg" dekabrın əvvəlində qeyd edib ki, bu, Avstriyanın hələ də "Moskvanın enerji orbitində" olduğunu göstərir.
Eyni zamanda, Vyana Rusiyanın enerji resurslarından tamamilə imtinasını gecikdirən qonşularına qazın təkrar ixracını fəal şəkildə artırır. Kiyevin Rusiya qazının 2024-cü ildən sonra Ukrayna ərazisindən tranzitini dayandırmaq niyyəti narahatlıq doğurur. Bu, Avstriyanı əsas tədarük mənbəyindən və bəzi Şərqi Avropa ölkələrini qaz idxalının üçdə birinə qədərindən məhrum edə bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay