Aİ sanksiyaların pozulmasına görə cinayət məsuliyyəti tətbiq edəcək
Avropa Komissiyası, Avropa İttifaqı Şurası və Avropa Parlamenti sanksiyaların pozulmasına görə cinayət məsuliyyətinin tətbiqi ilə bağlı razılığa gəliblər.
Valyuta.az xəxəbər verir ki, bu barədə İspaniyanın Aİ Şurasına sədrliyi X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
Mesajda qeyd edilir ki, Aİ məhdudiyyətlərinin pozulmasına görə cinayət məsuliyyəti və sanksiyaları nəzərdə tutan direktiv üzrə danışıqlar başa çatıb.
"Direktiv Aİ sanksiyalarını pozan və ya ondan yayınanların məsuliyyətə cəlb olunmasını təmin edir”, deyə nəşr qeyd edib.
Daha əvvəl "Reuters" xəbər vermişdi ki, Avropa Komissiyası gələn həftə sanksiyalar çərçivəsində dondurulmuş Rusiya aktivlərindən vəsaitlərin istifadəsi ilə bağlı qanun layihəsini təqdim edəcək.
Dekabrın 8-də Avropa İttifaqının Rusiya Federasiyasından G7 ölkələrinə almaz idxalına qadağa da daxil olmaqla, 12-ci anti-Rusiya sanksiyalar paketinin hazırlanmasını başa çatdırdığı bildirilmişdi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay