Rusiya müğənni Sofiya Ritarudan intiqam alır – Krımda...
Rusiyanın ilhaq etdiyi Krımın Terrorla Mübarizə Komissiyası (KTMK) ukraynalı müğənni Sofiya Rotarunun daşınmaz əmlakının milliləşdirilməsi üçün hazırlıqlara başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, sənətçinin Yaltadakı “Villa Sofia” oteli milliləşdirilə bilər. Portalın məlumatına görə, KTMK artıq Rotarunun Ukrayna Silahlı Qüvvələrinə pul köçürdüyünə dair sübutlar toplamağa başlayıblar.
Ehtimal olunur ki, bu, Ukrayna ordusu günündə müğənninin Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularını Müqəddəs Nikolay günü münasibətilə xüsusi açıqca ilə təbrik etməsinin yaxın tarixi ilə bağlıdır. Komissiyanın növbəti iclaslarında ifaçının fəaliyyəti öyrəniləcək.
Bundan əlavə, Rotarunun yarımadadakı daşınmaz əmlakının milliləşdirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Krım Dövlət Şurasının nümayəndələrinin dəvət edilməsi planlaşdırılır.
Dekabrın əvvəlində məlum olub ki, Rotaru 29 yaşlı nəvəsi Anatoli Yevdokimenkonu Ukraynadan çıxarıb. İndi o, ABŞ-da yaşayır və nənəsi kimi müğənnilik fəaliyyəti ilə məşğuldur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay