BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
38376

Rusiyada ölkədən çıxışına məhdudiyyət qoyulan vətəndaşlar xarici pasportlarını təhvil verməli olacaq.

Valyuta.az xəbər verir ki, bu qayda Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından çıxmaq qaydası haqqında qanuna uyğun olaraq Nazirlər Kabinetinin 11 dekabr tarixli qərarı ilə tətbiq edilir.

Normativ hüquqi aktların federal portalında dərc edilən sənədə əsasən ölkədən çıxışına qadağa qoyulan vətəndaşlara belə bir qadağa barədə bildirişin alındığı tarixdən etibarən pasportlarını təhvil vermək üçün 5 gün vaxt verilir.

Kimlərin ölkədən çıxışına icazə verilməyəcək?

Əvvəllər qəbul edilmiş qanun pasportlarını könüllü olaraq təhvil verməli olan kifayət qədər geniş dairəni nəzərdə tutur. Onların müxtəlif səbəblərdən ölkəni tərk etməsinə icazə verilmir. Bura dövlət sirri və xüsusi əhəmiyyət kəsb edən məlumatlarla tanış olanlar, hərbi xidmətə göndərilənlər, Federal Təhlükəsizlik Xidmətinin işçiləri, cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxslər, məhkumlar, məhkəmə tərəfindən qoyulmuş öhdəlikləri, o cümlədən borcun ödənilməsini yerinə yetirməyən vətəndaşlar, müflis elan edilmiş və ya xarici pasport üçün müraciət edərkən yalan məlumat verənlər daxildir.

Bundan başqa, bu ilin aprel ayından qüvvədə olan dəyişikliyə əsasən, hərbi komissarlığa çağırış vərəqəsi göndərilənlərin də ölkədən çıxışı bağlıdır.

Sənəddə həmçinin bildirilir ki, Daxili İşlər Nazirliyinin, eləcə də Xarici İşlər Nazirliyinin və FTX-nin nümayəndələrinə belə vətəndaşlardan xarici pasportları müsadirə etmək hüququ verilir.

Müsadirə edilmiş və ya könüllü təhvil verilmiş sənədlər “saxlanmaq üçün” müvafiq orqana göndəriləcək və ölkədən çıxışa icazə verildikdən sonra sahiblərinə qaytarılacaqdır.

Xarici pasportla bağlı bütün məlumatlar Daxili İşlər Nazirliyinin məlumat bazasında saxlanılacaq və onun bərpasına ehtiyac qalmayacaq.

Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Anatoli Vıbornı bildirib ki, burada hansısa kütləvi qadağadan söhbət getmir: "Bu, ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. Buna görə də ümumi sistemdəki məlumatlar ləğv edilmir, şəxs məhdudiyyət başa çatdıqdan sonra pasportunu almaq üçün sadəcə" saxlanca" təhvil verir”, - deyə parlamentari izah edib.

Onun sözlərinə görə, ölkədən çıxışına qadağa qoyulan şəxs 5 gün ərzində pasportunu təhvil verməsə, pasport etibarsız sayılacaq və ləğv ediləcək. “Şəxsin xaricə çıxışına qadağa qoyulduqda, o, pasportunu təhvil verməsə, istənilən halda xaricə gedə bilməyəcək. Sərhəd nəzarətində saxlanılacaq və sənədi götürüləcək”, - deyə Vıbornı vurğulayıb.

Parlamentari onu da qeyd edib ki, xaricə çıxışı məhdudlaşdırılan vətəndaş pasportunu təhvil vermədikdə qanunda cərimə nəzərdə tutulmur. Lakin o, hava limanında və ya qatar stansiyasında pasport nəzarətindən keçə bilməyəcək, çünki ölkədən çıxış qadağası barədə məlumat dərhal sərhəd xidmətinin məlumat bazasına göndəriləcək.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı məlumat yaydı

Kürü istehsalı 200 kiloqramdan çox artıb - Rəqəmlər

Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz verilə biləcək

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İşə qəbulda bu şəxslərə sınaq müddəti lazım olmayacaq

Onlar işdən çıxarkən birdəfəlik müavinət alacaq

Nazir BMT-nin azərbaycanlı koordinatoruna vəzifə verdi (FOTO)

İcbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələri təmin ediləcək

Gələn il yanvarın 29-u qeyri-iş günü olacaq

Bələdiyyələr qrant ala biləcək

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir

“İnvestAz” Korporativ İdarəetməsini təkmilləşdirir - İH-də yeni üzvlər

İcbari tibbi sığorta çərçivəsində apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni güzəşt müəyyənləşir

Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı məhkəmə: Dubaydan böyük məbləğdə pullar gətirmişdim

Son bir ildə 2 minə yaxın şəxs banklarda işləməyə başlayıb

Deputat: "Azərbaycanın yalnız sosial büdcəsi Ermənistanın ümumi büdcəsindən 67 faiz çoxdur"

İlhamə Turabovaya Milli Məclisdə yüksək vəzifə verildi - Foto

86 milyon manatı ölkəyə qaytarmadı - Həbs edildi

86 milyon manatı ölkəyə qaytarmadı - Həbs edildi

Ali Məhkəmədən mirasla bağlı mühüm qərar

"Telegram"ın CEO-su: "Bu tokenləri 10 il ərzində satmayacam"

Bu KOB subyektlərinə “Startap” şəhadətnaməsi verildi - Siyahı

BFB-nin keçmiş sədri investisiya şirkətinin rəhbərliyindən ayrılıb

4 universitetə növbəti 5 il müddətinə akkreditasiya verilib

Azərbaycanın üzüm aldığı ölkələr və marketlərdə satışı - QİYMƏTLƏR, CƏDVƏL

Azərbaycanın üzüm aldığı ölkələr və marketlərdə satışı - QİYMƏTLƏR, CƏDVƏL

Neftimiz cüzi ucuzlaşdı - Yeni qiymət

Bəzi ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bəzi bankların qeyri-faiz gəlirləri azalıb - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin