2023-cü ildə dünyada son 30 ildə ən çox regional münaqişə olub
Cari ildə dünyada azı 183 regional münaqişə baş verib ki, bu da son üç onillikdə ən yüksək rəqəmdir.
Valyuta.az-ın məlumatına görə, bu barədə Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun silahlı münaqişələrə dair illik hesabatında deyilir.
Hesabata görə, qurbanların sayı 2022-ci illə müqayisədə 14%, zorakılıq hallarının sayı isə 28% artıb. Müəlliflərin fikrincə, “bu, dünyanın bir çox yerlərində humanitar ehtiyaclar, sabitləşmə və yenidənqurma baxımından vəziyyətin getdikcə daha problemli xarakter aldığını göstərir”. Beynəlxalq Qızıl Xaç Komitəsi dünya üzrə fəaliyyət göstərən, bəziləri yerli və ya regional üstünlük təşkil edən 450-dən çox silahlı qrup haqqında məlumat təqdim edib.
Münaqişələrə səbəb kimi daxili terror, ərazi mübahisələri, cinayətkar dəstələrin artması və kriminal rəqabət göstərilir. İqlim böhranı həm də qeyri-sabit ölkələrdə mövcud ziddiyyətləri gücləndirir.
“Münaqişə dövlətlərin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq və onları həll etmək qabiliyyətini sarsıdır, eyni iqlim təsirləri isə münaqişə dinamikasına və idarəetmə uğursuzluqlarına kömək edir”, - hesabatda deyilir.
Tədqiqata görə, BMT-nin təsiri təşkilat daxilindəki ölkələr arasında gərginlik səbəbindən zəifləyib. Təhlükəsizlik Şurasında böyük dövlətlər bir-birinin qətnamələrinə veto qoyur və hər hansı konkret ümumi qərarın əldə edilməsinə mane olur.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu regional münaqişələrin həll olunmamasını indiki geosiyasi mühitin əsas xüsusiyyətlərindən biri hesab edir.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay