Dünya
11.12.2023 / 08:24
Güclü zəlzələyə hazırlıq məqsədilə İstanbulun mənzil fondu yenilənəcək
38354
Türkiyənin hakimiyyət orqanları 2024-cü ilin əvvəlində İstanbulun mənzil fondunun yenilənməsi planını həyata keçirməyə başlayacaq.
Trend xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bildirib.
"Maksimum 10 gün ərzində təmir planını hökumətin iclasında təqdim edəcəyəm. Bütün lazımi normativ aktları 15-20 gün ərzində hazırlayacağıq və gələn ilin əvvəlində həmvətənlərimizə proqramın başladığını elan edə biləcəyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, bu təşəbbüsün mümkün güclü zəlzələyə hazırlıq məqsədilə həyata keçirilməsi planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay