Rusiyadan brilyant alan ölkələr - Siyahıda Azərbaycan da var
2023-cü ilin yanvar-sentyabr aylarında Honq-Konq Rusiyadan təbii almaz alışını 5 dəfə artıraraq 252,3 milyon dollara çatdırıb və nəticədə 2017-ci ildən bəri ilk dəfə ilk 5 ən böyük idxalçı sırasına daxil olub.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" müxtəlif ölkələrin statistik xidmətlərinin məlumatlarına istinadən yazır.
Lider Hindistan olub. Onlar nəzərdən keçirilən dövrdə Rusiya almazlarının alışını 16% artıraraq, demək olar ki, 1 milyard dollara çatdırıb.
Belçika 315 milyon dollarla ikinci yerdə qərarlaşıb, idxal isə 4 dəfə azalıb. İlk "beşliy"ə həmçinin Ermənistan (200 milyon dollara qədər) və Çin (2,8 dəfə artaraq - 40,7 milyon dollar) daxil edilib.
Yanvar-sentyabr aylarında ABŞ, Yaponiya, Cənubi Afrika Respublikası, Mavrikiy, Makao və Azərbaycan da Rusiyadan brilyant alıb. BƏƏ hazırda bu məsələ ilə bağlı statistik məlumatlarını açıqlamır. Ötən il Abu Dabi Moskvadan almazların əsas alıcısı olub, idxal 1,6 milyard dollar təşkil edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay