Türkiyədə istehsal olunacaq "Renault Duster" 50-dən çox ölkə ixrac ediləcək
Daha əvvəl təqdim edilən yeni nəsil "Dacia Duster"dən sonra Fransa şirkəti "Renault" emblemli yeni "Duster"i nümayiş etdirib.
Valyuta.az xəbər verir ki, "Renault Duster"in istehsalı Türkiyədə olacaq, krossoverlər buradan dünyanın digər regionlarına (50-dən çox ölkə) ixrac ediləcək.
2027-ci ilə qədər Bursadakı "Oyak Renault" zavodu modul platformada 4 yeni model istehsal edəcək, onlardan üçü krossoverlər və yolsuzluq avtomobilləridir. Yeni "Renault Duster"in Türkiyədə istehsalına 2024-cü ildə başlanacaq. Yeni "Renault Duster"in hibrid ötürücü alacağı açıqlanıb, lakin şirkət krossoverin Türkiyə versiyasının tam texniki xüsusiyyətlərini açıqlamayıb.
Krossoverin əvvəllər təqdim olunan "Dacia Duster"dən minimal xarici fərqləri var. Xüsusilə, korporativ emblem əvəzinə böyük "Renault" yazısı olan yeni radiator barmaqlığı alıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay