Rusiya və Hindistan arasında rekord məbləğdə ticarət
Beynəlxalq sanksiyaların tətbiqindən sonra Rusiya ilə Hindistan arasında ticarət həcmi rekord həddə çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və Ticarət Nazirliyinin rəhbərinin müavini Aleksey Qruzdev bildirib.
Nazir müavini Rusiyanın Dehliyə təkcə ənənəvi mallar deyil, həm də qida, o cümlədən günəbaxan və soya yağı tədarükünün artması barədə məlumat verib. Öz növbəsində Rusiya Hindistandan yerli sənayedə tələbat olan avadanlıq və komponentlərin alışını artırıb. Eyni zamanda, Qruzdev vurğulayıb ki, iki ölkə ticarət əlaqələrinin strukturunun şaxələndirilməsi istiqamətində işi davam etdirməlidir.
Avqustun sonunda "RİA Novosti" Hindistan Ticarət və Sənaye Nazirliyinin analitiklərinin statistikasına istinadən xəbər verib ki, bu ilin yanvar-iyun aylarında Moskva ilə Dehli arasında qarşılıqlı ticarətin həcmi 3 dəfə artaraq 33,5 milyard dollara çatıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay