Türkiyədə səhiyyə xərcləri 71,5 faiz artıb
Türkiyənin Statistika Komitəsi 2022-ci il üçün ölkənin səhiyyə xərclərini statistikasını açıqlayıb.
Valyuta.az xəbər verir ki, Türkiyədə səhiyyə xərcləri 2022-ci ildə əvvəlki ilə nisbətən 71,5 faiz artaraq 606 milyard 835 milyon lirəyə çatıb.
Ümumi dövlət səhiyyə xərcləri 65,4 faiz artaraq 463 milyard 516 milyon lirəyə çatıb. Özəl sektorun səhiyyə xərcləri 94,4 faiz artımla 143 milyard 319 milyon lirə olaraq hesablanıb.
Adambaşına düşən səhiyyə xərcləri 2021-ci ildə 4 206 lirə ikən, 2022-ci ildə 69,8 faiz artaraq 7 141 lirəyə çatıb.
Ümumi səhiyyə xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbəti 2021-ci ildə 4,9 faiz, 2022-ci ildə isə 4 faiz təşkil edib. Cari səhiyyə xərclərinin ÜDM-ə nisbəti 2021-ci ildə 4,6 faiz, 2022-ci ildə 3,7 faiz olaraq hesablanıb.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay