Ukrayna bankları üçün "super vergi" siyasəti - 50 faiz
Ukrayna prezidenti Volodimir Zelenski bankların mənfəət vergisinin dəfələrlə artırılması haqqında qanun imzalayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının saytında məlumat verilib.
Bu il vergi 50% olacaq, sonra 25%-ə enəcək.
Ukrayna Maliyyə Nazirliyi bu tədbirin büdcəyə 2023-cü ildə 24-25 milyard qrivna (665,7 milyon dollar - 693 milyon dollar), daha sonra isə hər il 6-7 milyard qrivna (166 milyon dollar - 194 milyon dollar) cəlb etməyə imkan verəcəyini gözləyir.
Noyabrın sonunda Ukrayna Maliyyə Nazirliyi bildirib ki, noyabrın sonunda Kiyevin xarici tərəfdaşlardan aldığı maliyyə son altı ayda minimuma çatıb. Departamentin məlumatına görə, noyabrda Ukrayna büdcəsinə xaricdən iki milyard dollara yaxın vəsait daxil olub. O cümlədən, Aİ 1,6 milyard dollar məbləğində yardım göstərib.
Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyi oktyabrda ölkənin dövlət borcunun rekord həddə - 136,35 milyard dollara çatdığını bildirmişdi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay