Cənubi Kipr banklarına rublla bütün əməliyyatları dayandırmaq əmri verildi
Cənubi Kipr hökuməti Rusiya Federasiyasına qarşı sanksiyaların pozulması ilə bağlı 29 işin araşdırılmasından əvvəl banklara rus rublu ilə bütün əməliyyatları dayandırmağı əmr edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Politis" yazıb.
"Birləşmiş Ştatlar FTB (Federal Təhqiqatlar Bürosu) və FinCen (ABŞ-da maliyyə cinayətləri ilə mübarizə agentliyi) daxil olmaqla, 24 ABŞ hüquq-mühafizə orqanından ibarət komandanı Cənubi Kiprə göndərəcək. Rusiyaya qarşı sanksiyalarla bağlı baxılmamış 29 işə baxılmasında Cənubi Kipr hakimiyyətinə köməklik ediləcək", deyə nəşr yazır.
"Politis"ə görə, Cənubi Kipr hökuməti Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək etmək ittihamlarından sonra adanın maliyyə sektorunun reputasiyasını bərpa etmək üçün "repressiya və qarşısının alınması" siyasəti aparır.
Bundan əvvəl Rusiyanın bu ölkədəki səfiri Murat Zyazikov bildirmişdi ki, Cənubi Kiprin Rusiyaya qarşı sanksiyalara qoşulması səbəbindən 1 milyard avrodan çox itki var. O qeyd edib ki, Cənubi Kipr səmanın Rusiya təyyarələri üçün bağlanması səbəbindən 800 min rusiyalı turistdən məhrum olub. Üstəlik, turizm ölkə büdcəsinin əsas gəlir mənbələrindən biridir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay