İqtisadçı Koqan yaxın üç ay üçün dolların gələcəyini açıqladı
Professor Yevgeni Koqan Radio 1-də bir gün əvvəl Moskva birjasında dolların məzənnəsinin oktyabrın 14-dən bəri ilk dəfə olaraq 91 rublu keçməsi xəbərini şərh edib.
Valyuta.az xəbər verir ki, ekspert Amerika valyutasının artım dinamikasını narahatedici adlandırıb.
“Mən artıq demişəm ki, mart ayına qədər dollar 86-92 rubl aralığında sıçrayış etməlidir, elə indi də bu diapazonda sıçrayır. Amma son günlər dolların hərəkəti heç dəxoşuma gəlmədi. Başa düşürəm ki, vergi müddəti başa çatıb və buna görə də sıçrayış olub. Amma mənim bir sualım var: bizim Maliyyə Monitorinqi üzrə müvəkkillərimiz haradadır?” - Koqan bildirib.
Onun sözlərinə görə, dollar 92 rubl həddini keçməsə, vəziyyət sabit qalacaq. İqtisadçı əlavə edib ki, ABŞ valyutası bu həddi keçərsə, “artıq bu, ehtiyatlı olmaq üçün səbəbdir”.
Qeyd edək ki, dekabrın 4-də, Moskva vaxtı ilə saat 17:02-ə olan məlumata görə, dollar 0,68% artaraq 91,02 rubl təşkil edib. İki dəqiqə sonra Amerika valyutası öz artımını sürətləndirərək 91,05 rubl səviyyəsinə çatıb. (+0,7%).
Moskva birjasında dekabrın 5-də keçirilən hərracların açılışında əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə o , 12,25 qəpik azalaraq 90,8 rubl təşkil edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay