Rusiyanın Avropaya LNG ixracı tarixi maksimuma çatdı
Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) Avropa ölkələrinə tədarükü 2023-cü ilin noyabrında 1,75 milyon tona çatıb ki, bu da tarixin ən yüksək göstəricisidir.
Valyuta.az xəbər verir ki, bu barədə “Kommersant” qlobal LNG tədarükünü izləyən “Kpler” şirkətinin məlumatlarına istinadən yazıb.
Əvvəlki rekord ötən ilin dekabrında qeydə alınıb - o zaman Rusiyadan Avropaya 1,737 milyon ton LNG gəlib. Fransa və Belçika Rusiya qazının əsas hissəsini noyabrda alıb. Bu ölkələr NOVATEK və "Cryogas-Vysotsk"un Yamal LNG zavodlarından tədarük alıblar.
Eyni zamanda, Çinə LNG ixracı oktyabrda 800 min tona nisbətdə kəskin şəkildə azalaraq 100 min tona düşüb. Müstəqil ekspert Aleksandr Sobkonun fikrincə, Avropa qaz bazarı indi Rusiya ixracatçıları üçün nəqliyyat xərclərinin aşağı olması və qazın qiymətinin nisbətən yüksək olması səbəbindən daha cəlbedicidir.
2023-cü ilin əvvəlindən Rusiya 29,12 milyon ton LNG ixrac edib. Bunun 18,8 milyon tonu Avropa ölkələrinə göndərilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay