ABŞ-ın strateji neft ehtiyatları rekord həddə düşüb - Bayden günahlandırılır
ABŞ Neft və Qaz Sənayesi Assosiasiyasının prezidenti Tim Stüart bildirib ki, ölkənin strateji neft ehtiyatları son 30 ildə rekord həddə düşüb.
Valyuta.az xəbər verir ki, Stüart bunu Amerikanın "Fox News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası cəmi bir il ərzində milli neft ehtiyatlarının 40%-ni istifadə edib. Stüart hesab edir ki, ehtiyatlar ona görə sərf olunur ki, Amerikanın hazırkı hakimiyyət orqanları növbəti seçki dövründən təhlükəsiz keçə bilsinlər.
ABŞ Neft və Qaz Sənayesi Assosiasiyasının rəhbəri neft ehtiyatlarının belə aşağı səviyyədə olmasını milli təhlükəsizliyə təhdid adlandırıb.
Stüart vurğulayıb ki, ehtiyatlar ağır neftlə doldurulmalı olacaq, ABŞ isə əsasən yüngül neft istehsal edir. Ona görə də ABŞ-a yanacaq xaricdən gətirilməli olacaq.
Bundan əvvəl bildirilmişdi ki, 2023-cü ilin sentyabrında ABŞ-da neft hasilatı avqust ayı ilə müqayisədə 1,7% artaraq gündəlik rekord həddə - 13,24 milyon barelə çatıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay