Dünya
01.12.2023 / 16:33
Braziliya "OPEC+"a qoşulmaq üçün şərt qoyub
37707
Braziliya yanvarda neft ixrac edən ölkələr qrupuna (OPEC+) qoşulmağı planlaşdırır.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, ölkənin mədən və energetika naziri Aleksandr Silveyra bildirib.
Bununla belə, o, əlavə edib ki, Braziliya bu halda hələ də təşkilatın neft hasilatını məhdudlaşdırmaq üzrə hərəkətlərində iştirak etməyəcək.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanına səfəri zamanı Braziliya prezidenti Luiz İnasio Lula da Silva təşkilata dəvət alıb. Dövlət başçısı hələ ki, rəsmi cavab verməyib.
"Reuters" də Braziliyanın OPEC+ müşahidəçisi, yoxsa üzvlükdən sonra tam iştirakçı kimi iştirak edəcəyi ilə bağlı dəqiq məlumatlara malik deyil.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay