Niderland yeni iqlim fonduna 15 milyon avro ayıracaq
Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte bildirib ki, ölkə inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyindən itki və ziyanı kompensasiya etmək üçün fonda 15 milyon avro ayırmaq niyyətindədir.
Valyuta.az bu barədə NOS telekanalına istinadən xəbər verir.
Mark Rutte həmçinin bildirib ki, bu vəsaitlər Niderlandın oxşar iqlim layihələrinə hər il xərclədiyi 1,8 milyard avroya əlavə olacaq.
Bu fondun yaradılması barədə qərar Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransında elan edilib. Fondun həcmi 30 milyard avro təşkil edəcək. BƏƏ ona təxminən 100 milyon avro, Almaniya, Böyük Britaniya, Yaponiya və ABŞ da 10-100 milyon avro töhfə verəcək. Avropa İttifaqı hər il fonda 225 milyon avro ayıracaq.
Bu pullar daşqınlar, quraqlıqlar və iqlim dəyişikliyi nəticəsində həssas ölkələrdəki dəniz səviyyəsinin qalxması nəticəsində dəyən ziyanı kompensasiya etmək üçün istifadə olunacaq. Fond emissiyaların azaldılması və davamlı enerjiyə keçid üzrə danışıqlarda inkişaf etməkdə olan ölkələri irəli aparmaq üçün vacib hesab olunur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay