Hindistan Rusiya və İraqdan ucuz neft alışını artırıb
Hindistan keçən ay Rusiya və İraqdan ucuz neft idxalını kəskin şəkildə artırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" "Kpler" informasiya ticarət platformasına istinadən məlumat yayıb.
Məlumata görə, Rusiyadan Hindistana yanacaq tədarükü oktyabr ayından 9,7% artaraq sutkada 1,74 milyon barelə, İraqdan isə 22% artaraq 1,03 milyon barrelə çatıb ki, bu da 2022-ci ilin mayından bəri ən yüksək göstəricidir.
Analitiklər iddia edirlər ki, Hindistana neft məhsullarının idxalının artmasına neft emalı şirkətlərinin satış həcminin artması hesabına mənfəətini ən azı bir qədər də artırmaq istəyi səbəb olub.
"Kpler"in əmtəə üzrə aparıcı eksperti Viktor Katona bununla bağlı deyib: "Asiyanın ən mürəkkəb neft emalı zavodlarında belə marjaların bir barel üçün 7-8 dollar olduğu halda, əlavə qazancın hər qəpiyi vacibdir".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay