Ukrayna "müharibə sponsorları" siyahısına bir Belçika şirkətini əlavə etdi
Belçika qaz sistemi operatoru "Fluxys" Rusiya ilə işləməyə davam etdiyi üçün Ukrayna tərəfindən "müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyinin (NACP) Telegram kanalında məlumat verilib.
NAPC-nin bəyanatında deyilir ki, "Fluxys" Rusiya ordusu üçün maliyyə təmin edən Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) ixracını asanlaşdırır.
NAPC qeyd edir ki, operator əsas payı beynəlxalq bazarlara mayeləşdirilmiş təbii qaz tədarük edən Rusiyanın "Novatek" qaz şirkətinə məxsus olan "Yamal LNG" şirkətinə öz xidmətlərini təqdim edir.
Agentliyin məlumatına görə, "Fluxys" xidmətləri Rusiyaya 2023-cü ildə büdcəsini 800 milyon avro artırmağa kömək edib.
Bəzi şirkətlər 24 fevral 2022-ci il tarixindən sonra Rusiya ilə əlaqəni dayandırsalar da, "Fluxys" 2022-ci il və 2023-cü ilə qədər "Yamal LNG" və "Novatek" ilə əməkdaşlığı davam etdirib
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay