Rusiyadan 320 milyard pulun qanunsuz çıxarılmasının qarşısı alınıb
Rosfinmonitorinq və Rusiya Federasiyasının Mərkəzi Bankı “Know Your Client” çirkli pulların yuyulmasına qarşı mübarizə platformasından istifadə edərək iqtisadiyyatın kölgə sektoruna 320 milyard rublun köçürülməsinin qarşısını alıb.
Valyuta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinlə görüşdə Rosfinmonitorinqin rəhbəri Yuri Çixançin deyib.
“Mərkəzi Bankla birlikdə burada çox iş görülüb və bu gün deyə bilərik ki, ölkədə maliyyə institutları, maliyyə təşkilatları kifayət qədər qanunlara tabedir, bu, təxminən haradasa 90%-dir. Biz qalan 10 faizlə işləməyə davam edirik”, deyə Çixançin bildirib.
Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin birinci yarısında Rusiyadan xaricə vəsaitlərin qeyri-qanuni çıxarılması 2022-ci ilin yanvar-iyun aylarının tarixi minimumu - 12 milyard rubl səviyyəsində qalıb. Bundan əlavə, bank sektorunda nağd pul çıxarma həcmləri 5% azalaraq 32 milyard rubl təşkil edib. Hüquqi şəxslərin hesablarından nağd pul çıxarılması üzrə şübhəli əməliyyatların həcmi də yarıdan çox azalıb. Mərkəzi Bankdan bildirilib ki, buna yüksək riskli müştərilər haqqında məlumatların “Müştərini tanı” platforması vasitəsilə banklara operativ şəkildə çatdırılması şərait yaradıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay