Rusiyada ikili vətəndaşlığı olanlara dövlət sirrinə çıxış qadağan ediləcək
Rusiyada ikili vətəndaşlığı olan şəxslərə dövlət sirrinə çıxış qadağan edilə bilər.
Valyuta.az xəbər verir ki, belə bir qətnamə Rusiya hökuməti tərəfindən baxılmaq üçün hazırlanıb.
Hökumət məlum qətnaməni imzalayacağı təqdirdə bəzi məmurlar və parlamentarilər xüsusilə mühüm görüşlərdə iştirak imkanını itirəcəklər.
Rusiya mətbuatının yazdığına görə, mümkün məhdudiyyətlər siyahısına Fransa, İsveçrə, Belçika, İspaniya, ABŞ, İsrail, Böyük Britaniya, Bolqarıstan, Monteneqro və Kiprin ikinci pasportuna malik dövlət qulluqçuları daxil ola bilər. Onların arasında qubernatorlar, Dövlət Dumasının deputatları, Federasiya Şurasının və hökumətin keçmiş və indiki üzvləri var.
Dəyişiklik qəbul olunarsa, onlar sanksiyalar tətbiq edən, Ukraynaya maliyyə və hərbi yardım göstərən ölkələrin vətəndaşlığından imtina edə, dövlət sirlərinə çıxış əldə edə bilərlər. Əks halda, onların dövlət sirrinə çıxışı ayrıca tənzimlənəcək. Lakin onların “məxfi”dən yüksək səviyyəli məlumatlara çıxışı məhdudlaşdırılacaq.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay