BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.02
  • 1 Türkiyə lirəsi
    0.0513
  • 1 İngiltərə funt sterlinqi
    2.1868
37580

Kanadanın Nyu-Brunsvik ştatının Frederikton şəhərində bir milyonçu sahibkar öz icmasındakı evsizlik problemini həll etmək üçün əlamətdar təşəbbüs irəli sürüb. 

Valyuta.az xəbər verir ki, sosial media monitorinq şirkətinin qurucusu Marsel Lebrun ehtiyacı olanlar üçün 99 kiçik ev tikmək qərarına gəlib. Bunun üçün o, öz pulundan dörd milyon dollar sərmayə qoyub. Lebrun şirkətini əhəmiyyətli bir məbləğə satdıqdan sonra evsizlər üçün evlər inşa etmək qərarına gəlib. O, həm mənzil, həm də iş imkanları təklif edən 99 evdən və müəssisə mərkəzindən ibarət qapalı icma qurmaq məqsədi ilə bu layihəni "12 Neighbour" ("12 Qonşu") adlandırıb.

Nyu-Brunsvikdə ciddi evsizlik problemi yaşanır. İl ərzində bir gündə ən azı təxminən 1600 insan evsiz qalır. ABŞ-ın San Fransisko, Los-Anceles və Nyu York kimi digər böyük şəhərlərində isə evsizlərin sayı sonsuz dərəcədə çoxdur. Milyoner isə bu çətin vəziyyətlə üzləşənlərin həyatını yaxşılaşdırmaq niyyətindədir. Lebrunun ideyası ümumiyyətlə kiçik evlər tikməkdən kənara çıxır. O, özünü icma qurucusu hesab edir və sakinlər üçün əlverişli mühit yaratmağa çalışır. Evlər sığınacaqdan daha fərqlidir. Mətbəxlər, yaşayış sahələri, yataq otaqları, tam vanna otağı və hətta damlarda günəş paneli sistemləri ilə tam təchiz olunmuş yaşayış sahələridir. Vizyonunu həyata keçirmək üçün Lebrun bacarıqlı könüllülərin çalışdığı fabrik qurub. Qabaqcıl istehsal üsulları tətbiq olunan fabrikdə hər dörd iş günündən bir kiçik ev istehsal edilir. Tikintidən sonra evlər səliqəli şəkildə beton bloklara köçürülür. 

Layihə təkcə evsizləri evlə təmin etməkdən ibarət deyil. Həm də sakinlər üçün iş imkanlarının yaradılmasına da diqqət yetirilir. "12 Neighbors" daxilində kafe, bar və sakinlərin özləri tərəfindən idarə olunan ipək çap biznesi var. Bu sahibkarlıq təşəbbüsü təkcə gəlir gətirməyə deyil, həm də sakinlərin bir-biriləri arasında qarşılıqlı əlaqəni təmin etməyə yönəlib. Marsel Lebrun layihə daxilində ən müasir təhlükəsizlik tədbirlərini həyata keçirib. Qapalı girişləri və yüksək səviyyəli nəzarəti ilə icma sakinləri üçün təhlükəsiz yer yaradıb. "12 Neighbours"un əsas məqsədlərindən biri təkcə öz qapılarında deyil, həm də kənarda icma hissini inkişaf etdirməkdir. O, CBC-yə açıqlamasında qarşılıqlı əlaqəni və anlaşmanı təmin etmək üçün kofe bar və fərdi çap kimi xidmət sahələri, sakinlərin və Frederikton əhalisinin bir araya gələ biləcəyi məkan yaratmaq hədəflədiyini deyib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb

Noyabrda Bakıda toylar keçirilməyəcək? (VİDEO)

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq

Macarıstan və Slovakiya Avropa Komissiyasına birgə müraciət etdilər

Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb

Ali Məhkəmə 3 milyonluq texnoloji avandanlıq alır

Bir sıra Çin bankları Rusiyadan gələn yuanla işləməkdən imtina edir – Çirk izi...

Ukraynanın dövlət borcu 1 milyard artdı, 152 milyard dollar oldu

Beyin implantı olan insanlar smartfon və planşetləri idarə edə biləcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

ABŞ-ın maliyyə sanksiyalarından təsirlənən ölkələrin payı açıqlandı

"Apple" Çin smartfon bazarında ilk beşlikdən çıxıb

"Avromed" 2 milyonluq tenderin qalibi oldu

Yomiuri: Yaponiya ABŞ-a tədarük üçün PAC-3 raketlərinin istehsalını gücləndirir

2027-ci ildə "Brent" nefti neçəyə olacaq? - PROQNOZ

İki şirkət arasında alqı-satqı mübahisəsi

"Körpü Tunel Tikinti" məhkəmə qarşısında

Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub

Məşhur mebel şirkəti gömrük qaydalarını pozub?

Hollandiya Rusiya qazının idxalının artmasından şikayətləndi

İş axtaran zaman diqqət edilməli nüanslar

493 min vergi borcu yazılan şirkət məhkəməyə üz tutdu

Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...

Bakı-Sumqayıt yolunun bir hissəsi çökdü

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub

Naxçıvanda indiyə qədər sahibkarlar 3 milyon manatdan çox güzəştli kredit alıb

Türkiyə Azərbaycan və İran vasitəsilə 2 milyard kubmetr türkmən qazı alacaq

84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödəniş edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin