Ermənistanda rusların broker hesabları bağlanacaq
Erməni broker Armbrok əcnəbilər üçün daxili tələblərin sərtləşdirilməsi ilə əlaqədar qeyri-rezidentlərin bəzi hesablarını, o cümlədən Rusiya vətəndaşlarının hesablarını bağlayacaq.
Valyuta.az xəbər verir ki, bu barədə RBC brokerin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hesabların bağlanması barədə qərar Armbrok uyğunluq departamenti tərəfindən “Ermənistanın qeyri-rezidentləri üçün daxili tələblərə baxıldıqdan və sərtləşdirildikdən sonra” qəbul edilib.
Broker nümayəndəsi qeyd edib ki, şirkət həmişə daha yüksək səviyyəli depozitarların tələblərinə əməl edib. O, bu qərarın Armbrok tərəfdaşlarının əlavə tələbləri ilə bağlı olmadığını bildirib.
Şirkət nümayəndəsi əlavə edib ki, qeyri-rezident müştərilərin aktivləri “müştərilərin geri götürmə göstərişlərinə uyğun olaraq” onların digər broker və banklardakı hesablarına köçürüləcək.
Broker Armbrok 1994-cü ildə yaradılıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay