Rusiya büdcə kəsirini ödəmək üçün dövlət borcunu artırdı
Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın dövlət borcu 11,6% artaraq ümumi daxili məhsulun (ÜDM) 17%-nə çatıb.
Valyuta.az xəbər verir ki, borc vəsaitlərinin köməyi ilə ölkə federal büdcə kəsirini iki dəfə azalda bilib.
Rusiya hakimiyyəti dövlət borcunun hələlik ÜDM-in 20%-ni təşkil edən təhlükəsiz səviyyəsini ötmədiyini vurğulayır. Bundan başqa, Rusiya ən az dövlət borcu olan ölkələr siyahısındadır. Məsələn, ABŞ və İtaliyada 100%-dən çox, Yaponiyada isə 260%-dir.
Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin İqtisadiyyat nəzəriyyəsi kafedrasının baş müəllimi Hoca Kava bildirib ki, "dost olmayan ölkələrin" misli görünməmiş təzyiqlərinə baxmayaraq, Rusiya hökuməti mühüm layihələri maliyyələşdirir, iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verir və əhali üçün sosial proqramlar həyata keçirir. İqtisadçının fikrincə, bu, iqtisadi inkişafa kumulyativ təsir göstərəcək.
Öz növbəsində, Rusiya İqtisad Universitetinin İqtisadiyyat kafedrasının dosenti Aleksandr Timofeyev əmindir ki, Rusiya Federasiyasının dövlət borcunun mülayim artımı büdcə kəsirinin aşağı olması ilə bağlıdır. Əgər kəsir 10-15% olsaydı (Yaponiya və ya Sinqapurda olduğu kimi), Rusiya risk altında olardı.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay